“B.Britaniyada Azərbaycan səfirliyinə hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi, dövlət xüsusi xidmət orqanları bu istiqamətdə konkret plan və proqram hazırlamalı idilər. Çünki Azərbaycan dövlətinin xarici ölkələrdəki missiyaları Azərbaycan dövlətinin simasıdır və səfirliklərin belə rahat şəkildə hücumuna məruz qalması yolverilməzdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. Partiya sədri əlavə edib ki, bu, Azərbaycanın toxunulmazlığıdır:
“Hər bir səfirlik həmin dövlətin oradakı ərazisi sayılır. Necə ki, Qarabağa təcavüz olunur, səfirliyə hücum da eyni şeydir. O baxımdan mən düşünürəm ki, bu, dövlətin buraxdığı boşluqlardır. Bİz Fransa səfirini çağırın nota verin! Fransa səfirliyinin Azərbaycandakı nümayəndəliyinin də mühafizəsini siz götürün! Buradakı Fransa səfirliyinə qarşısında aksiya keçirilməsinə şərait yaradın! Yəni, güzgü ekffekti deyilən bir şey var diplomatiyada, Azərbaycan bunu heç vaxt etməyib. Nə qədər ki, bunu etmir, nə qədər ki, öz səfirliklərinə hörmət tələb etmir, heç kimdə hörmət etməyəcək. Nə edirlərsə, onun qarşılığı verilməlidir! Bunun başqa yolu yoxdur!”.
Aynurə Demokrat.az


