Sosial Özəl

“Azərbaycanda maska tələbi yenidən gündəmə gələ bilərmi?” — AÇIQLAMA

“Azərbaycanda maska tələbi yenidən gündəmə gələ bilərmi?” — AÇIQLAMA

Məlumdur ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliyə səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır. Payız aylarında tənəffüs yolu infeksiyalarının artmasının daha bir səbəbi isə havaların soyuması ilə mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etməkdir. Məlumdur ki, pandemiyanın hər yeni dalğası infeksiyanın daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bütün bunları nəzərə alaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil. Rusiyanın 11 vilayətində yenidən ictimai yerlərdə maskaların məcburi taxılmasının tətbiqinə başlanılıb. Bəs, ölkəmizdə maskalar yenidən taxılmasına ehtiyac varmı?

Mövzu barədə fikirlərini Demokrat.az-la bölüşən həkim infeksionist Mərdan Əliyev bildirib ki, payız-qış aylarında hava-damcı yolu ilə yayılan infeksiyaların yoluxma dinamikasında artım çox olur: “Bizdə hazırda epidemioloji vəziyyət sabitdir. Buna görə də, maskaların taxılmasının gündəmə gəlməsinin mənası yoxdur.

“Azərbaycanda maska tələbi yenidən gündəmə gələ bilərmi?” — AÇIQLAMA

Düzdür, biz əvvəldən deyirik ki, maskanın vacib yerlərdə taxılması vacibdir. Çünki maska həm də gigiyenik vasitəsidr. Bilirsiniz ki, nəqliyyat vasitələrində əhali sıx olur, buna görə də, orada maskadan istifadə olunsa, yaxşı olar. Çünki orada yoluxma ehtimalı çoxdur. Həmçinin, vətəndaşlarımız xəstəxanalara gedəndə maska taxmaları tövsiyə olunur, amma vacib deyil. Hazırda yoluxma sayında o qədər də artım yoxdur, hətta bir qədər də yumşalma var. Daha artmağa meyillilik çox görünmür. Baxmayaarq ki, havalar soyunur. Bu da onunla bağlıdır ki, əhalidə kollektiv immunitet formalaşıb. Buna görə də, heç bir karantin qaydası tətbiq olmasına baxmayaraq artmada çox sürətli artım müşahidə edilmir, hətta sürəti azalıb“.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az