Dünya

Liz Trassın Baş nazir kimi görüşəcəyi ilk dövlət başçısı o olacaq

Liz Trassın Baş nazir kimi görüşəcəyi ilk dövlət başçısı o olacaq

Böyük BritaniyanınBaş naziri Liz Trass ABŞPrezidenti Co Baydenlə görüşəcək.

Görüş kraliça II Elizabetin dəfn mərasimindən əvvəl, sentyabrın 18-də baş tutacaq.

Bu, Trassın Britaniya Nazirlər Kabinetinin rəhbəri kimi Baydenlə ilk görüşü olacaq.

Bildirilib ki, Trass Böyük Britaniyanın özünün əsas müttəfiqləri hesab etdiyi digər ölkələrin liderləri ilə danışmaq niyyətindədir. Yeni Baş nazir Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Trüdo və avstraliyalı həmkarı Entoni Albanese ilə danışıqlar apara bilər.

Demokrat.az

D
demokrat.az