Gündəm Özəl

Ermənistan anklavlardan geri çəkilir: Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndləri qaytarılır?

Ermənistan anklavlardan geri çəkilir: Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndləri qaytarılır?

Ermənistan hakimiyyəti mövcud gərginliklə bağlı Azərbaycanın anklavları olan kəndlərin bələdiyyə rəhbərlərinə həmin ərazilərin Bakının nəzarəti altına keçəcəyi ilə bağlı məktub ünvanlayıb. Söhbət Kərki, Yuxarı Əskipara, Bərxudarlı, Xeyrimli (Kayan) kəndləri və onlara yaxın ərazilərdən gedir. Rəsmi İrəvan hazırda bu ərazilərin itirilməsindən ciddi narahatdır.

Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazilər faktiki olaraq Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş qanuni ərazilərdir.

Politoloq əlavə edib ki, bu mənada bu əraziləri Ermənistanın güzəştə gedilməsi yada unudulması mümkün deyil:

“Anklavlar rəsmi Bakının strateji hədəflərindəndir və bu ərazilərin işğaldan azad edilməsi mümkündür.Rəsmi İrəvanın hazırda anklavlar ilə bağlı məxfi göstəriş verməsi səbəbsiz deyil. Belə ki, sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik atəşkəsin elan edilməsinə baxmayaraq davam edir. Ordumuzun üstünlüyü ələ alması nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Hətta, 8 yüksəkliyin bir sıra strateji məntəqələrin ordumuzun nəzarətinə keçdiyinə dair məlumatlar da var. Hazırda gərginliyin əsasən Qərbi Zəngəzur istiqamətində getməsinə baxmayaraq proseslərin anklavlara da sirayət etməsi mümkündür. Təsadüfi deyil k, Zəngəzur vilayətinin inzibati rayon rəhbəri Xaçatur Baqdasaryan İrəvandan rayon rəhbərlərinə gələn məxfi məktublardan danışarkən qeyd edib ki, bizə İrəvandan “təhlükəli əraziləri boşaldın” deyirlər. Görünür, Ermənistan iki atəş arasında qalmaq üçün indidən anklavları tərk edir. Bu həm də ondan xəbər verir ki, rəsmi Bakı sülh müqaviləsi çərçivəsində anklavlar məsələsini də həll etmək niyyətindədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az