Sosial Özəl

“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər” — ETİRAZ

“Şəhid dəfnlərində insanların heysiyyatından sui-istifadə edirlər, şüar səsləndirirlər” — ETİRAZ

Son günlər Şəhidlərimizin dəfnində İranın ideoloji rituallarını bilərəkdən qabardan dəstələr peyda olub. Bununla bağlı sosial şəbəkələrdə yayılan videolarda açıq-aşkar görmək mümkündür. Hətta şəhid anası dəfn mərasimdə buna etirazını edib.

Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri Demokrat.az-a açıqlamasında ölkəmizdə belə şeylərin yolverilməz olduğunu qeyd edib:

“Bu məsələ ilə bağlı sosial şəbəkələrdə yayılmış videolarda görmək mümkündür və mən də bunu videolarda görmüşəm. Belə bir şeylər yolverilməzdir. Yəni, bu günü hansısa bir məzhəbə, hansısa bir qonşu ölkənin ideologiyasına qurban vermək doğru deyil. Məsələn, dünyanın müxtəlif yerlərində şəhid olan insanlarla bağlı müəyyən atılmalı olan dəfn prosedurları var. Hesab edirəm ki, həmin o prosedurlar həyata keçirilməlidir. Yoxsa, din xadimi adı altında gəlib, insanların həmin andakı heysiyyatından sui-istifadə edib, bu cürə məsələlərin orada şüar olaraq səsləndirilməsi, yaxud da insanların fərqli məsələləri çəkilməsi, həmçinin məzhəb ayrı-seçkiliyinə gətirilib çıxarılması heç bir şəkildə doğru deyil. Bunların ciddi bir proseduru olmalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az