Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb. Oxu.Az-ın məlumatına əsasən, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.
11:00
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.
Oxu.Az-ın məlumatına görə, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb.
Mənzil almaq istəyənlər tərəfindən 27696 elektron kabinet yaradılıb.
10:44
“Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçiriləcək”.
Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir:
“Hər hansı bir qeyri-qanuni hərəkət müəyyən edilərsə, dərhal tədbir görüləcək”.
Fərman Qurbanlı həm də, ümumilikdə 18 binadan 815 mənzilin satışa çıxarılacağını qeyd edib.


