“Sonuncu Ermənistan təxribatlarının arxasında artıq ömrünü başa vurmuş Minsk qrupunun həmsədrləri, Birləşmiş Ştatlar və Fransanın olduğu göz qabağındadır. Çünki hadisələrin gedişatı da bunu sübuta yetirib”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
“Eyni zamanda, Fransanın BMT Təhlükəsizlik Şurasının iclasının çağırmasına etdiyi cəhdlər də, həmçinin Vaşinqtonun heç bir əsası olmadan Azərbaycanın ittiham etməsi istiqamətində sərgilədiyi mövqe də, faktiki olaraq təhrikə tərəf kimi də məhz bu ölkələrin çıxış etdiyini təsdiqləyir. Bu aspektdən düşünürəm ki, indiki şəraitdə heç bir halda Cənubi Qafqazda qarşıdurmanın yaradılması Rusiyanın maraqlarına xidmət etmir. Bizim bu ölkəyə münasibətimizdən asılı olmayaraq, yəni reallıq, mənzərə bundan ibarətdir. Məsələni bu kontekstdən yozmağa çalışan qruplar məhz elə “5-ci kolon”un iflasa uğramış Minsk qrupunun dirçəldilməsini istəyən ölkələrin Azərbaycandakı “5-ci kolon”un iddialarıdır”.
Aynurə Pənahqızı Demokrat.az


