Gündəm Özəl

Deputat: “Ermənistan düşmənçilik səhifəsini bağlamır”

Deputat: “Ermənistan düşmənçilik səhifəsini bağlamır”

“Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra müharibənin bitdiyini elan etmiş, Ermənistana sülh əlini uzadaraq düşmənçilik səhifəsini bağlamağa və yaranmış yeni reallığa uyğun münasibətlərin formalaşdırılmasına çağırış etmişdi. Çünki, ölkə başçımız yenidən müharibə aparıb qanların axıdılmasını istəmirdi. Həm də 10 noyabrda Ermənistan üçün kapitulyasiya sənədi hesab olunan üçtərəfli Bəyanatın icrasını tələb edirik və sülh müqaviləsinin bağlanmasına çağırış etmişik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat qeyde dib ki, Brüsseldə və Moskvada keçirilən bütün üçtərəfli görüşlərin mövzusu da ancaq sülhə xidmət edəcək addımların atılması ilə bağlı olmuşdur:

“Amma, Ermənistan görüşlərdə müzakirə olunan məsələlərə razı olduğunu bildirir və sonra da təxribatlara əl ataraq yeni revanşist hərəkətlərini həyata keçirməsinə cəhd göstərir. Ermənistanın son bir ayda davamlı şəkildə ordu bölmələrimizin döyüş nöqtələrini mütəmadi olaraq atəşə tutmasının və 12 sentyabrda gecə vaxtı geniş hücumla növbəti təxribata əl atmasının qarşısı alınması üçün yenidən hərbi əməliyyatların keçirilməsinə bizi məcbur etdi. Silahlı Qüvvələrimizin pəşəkarlığı sayəsində Ermənistanın növbəti təxribatının qarşısı çox ciddi cavab tədbirləri ilə alındı. Müzəfər Ordumuz düşmənə çox ağır zərbələr endirmiş, əks hücum tədbirləri görərək hərbi texnikasını məhv edərək ərazidə tam nəzarətimizi təmin etmişdir. Rəşadətli ordumuz əks hərbi əməliyyyatı beynəlxalq normalara riayət edərək ancaq öz sərhədləri daxilində aparmış və sərhəddə cəmləşdirərək yeni təxribatlara imkan yaradacaq düşmənin legitim hərbi hədəflərini məhv etmişdir. Hesab edirəm ki, son hərbi əməliyyatımız ermənilərin ağılını başına qaytaracaq və təxribatlardan çəkinərək sülh müqaviləsinin bağlanması ilə bağlı götürmüş öhdəlikləriin icrasına sövq edəcəkdir. 12 sentyabrda Müzəffər Ordumuzun həyata keçirdiyi əks təxribat əməliyyatı tarixə qızıl hərflərlə yazılmış və Ali Baş Komandanın Dəmir yumruğunun yerində olduğunu bir daha sübut etdi.

Çox təəssüf ki, hərbi əməliyyatlarda Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəlmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralanmış hərbiçilərimizə tez sağalmaqlarını, əzizlərinə və xalqımıza səbr arzulayıram!”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az