Gündəm

“Paşinyana sülh sazişi imzalamamaq tapşırığı verilib” — Fərid Şəfiyev

“Paşinyana sülh sazişi imzalamamaq tapşırığı verilib” — Fərid Şəfiyev

“Hazırkı vəziyyətdə nəsə demək çox çətindir. Ümumiyyətlə, düşünmürəm ki, son təxribatların arxasında Rusiya dayanır. Çünki Ukrayna-Rusiya fonundan Rusiya istəməz ki, Cənubi Qafqazda vəziyyət gərginləşsin”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Düzdür, Rusiya Avropa İttifaqının səylərini bəyənmir və bunu açıq söyləyib. Burada Fransa və ABŞ-la Minsk qrupu çərçivəsində əməkdaşlıq dayandırılıb.

Yəni, bu faktorlar da var. Rusiya danışıqlarda, nizam-intizam məsələsində, nizamlama prosesində öz dominant rolunu saxlamaq istəyir. Bu, təbiidir, amma düşünmürəm ki, sonuncu hadisələrin arxasında Rusiya durur. Ola bilsin ki, Avropa İttifaqının burada vasitəçiliyini istəmir. Bilirsiniz ki, sonuncu Brüssel danışıqları da oldu və ondan sonra Paşinyan Rusiyaya getdi. Bəlkə də, buna deyiblər ki, sən sülh sazişini imzalama. Biz sadəcə düşünürük, amma vəziyyəti demək çətindir. Nə baş verib? Amma indiki gərginlikdə, hərbi toqquşmalarda inanmıram ki, Rusiya maraqlıdır”.

Aynurə Demokrat.az

D
demokrat.az