Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl azad olunan İzyuma gedib.
Demokrat.az xəbər verir ki, o bu barədə instaqram hesabında bildirib.
"Artıq işğaldan azad edilmiş İzyumda mavi-sarı bayrağımız dalğalanır. Ukraynanın hər bir şəhərində və kəndində belə olacaq. Biz yalnız bir istiqamətdə - irəli və qələbəyə doğru gedirik", - deyə Zelenski qeyd edib.








