Gündəm Özəl

Mənsum İbrahimov: “Şəhid acısı nədir bilirəm, çünki o acını mən də dadıram”

Mənsum İbrahimov: “Şəhid acısı nədir bilirəm, çünki o acını mən də dadıram”

“Erməni silahları Qarabağdan çıxmayanadək bu problem qurtarmayacaq. Hər gün şəhidlərimiz olub, bunlar ağrılıdır. Axı onlar hamısı canlarımızdır, balalarımızdır! Dəmir yumruq bunların başlarını nə qədər əzsə də, bunların havadarları imkan vermir. Biz heç kimlə müharibə istəmirik, sülh istəyirik! Amma, bundan sonra erməniləri bizim əlimizdən heç kim xilas edə bilməyəcək! 50 şəhdiimiz var, onlar hamısı bizim üçün əzizdir, doğmadır! Amma bunlar əl çəkmir! Bunlar nə millətdir?! Müharibə edirlər, amma gücləri yoxdur, aclarından ölürlər amma əl çəkmirlər. Düşünürəm ki, artıq buna son vermək lazımdır!”.

Bu fikirləri Demokrat.az-a Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyib:

“Təəssüf ki, dünya ikili standartdır! Haqlı bizik, amma iki tərəfə də güzəşt edin deyir. Necə ki, 30 il torpağımızın işğalı ilə hamısı barışmışdı və güzəşt edin deyirdilər. Görünür, bunları qızışdıran var. Bilsinlər ki, artıq Azərbaycan o Azərbaycan deyil! Heç kim bizlə güc dili ilə danışa bilməz! Artıq güclü ordumuz və müasir silahlarımız var! Bizim bax belə igidlərimiz var ki, “uf” demədən Vətən yolundan canlarını verdilər. Bir daha qəhrəmanlıq göstərdilər! İnanıram ki, tezliklə bizim bayrağımız Xankəndidə, Xocalıda dalğalanacaq. Bütün xalqımızdan xahiş edirəm ki, bu gün hamımız ordumuza dəstək olaq! Əsgərimizin arxasında olaq ki, onlara güc verək ki, onlar da torpaqlarımızı azad etsinlər. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Mən o acını bilirəm, çünki ailəmdə də şəhid var. Bilirsiniz ki, qardaşımın oğlu şəhiddir. O, 44 günlük müharibədə 30 gün döyüşdü və şəhid oldu. Şəhidin acısı nədir bilirəm, çünki o acını mən də dadıram. Şəhid olanların hər biri bizim balamızdır, əzizimizdir, canımızdır!”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az