Sosial

Şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi: “İnana bilmirəm ki, balam daha yanımızda yoxdur” — FOTO

Şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi: “İnana bilmirəm ki, balam daha yanımızda yoxdur” — FOTO

“Səbuhi çox sakit ağıllı uşaq idi. İnana bilmirəm ki, balam daha yanımızda yoxdur”.

Demokrat.az xəbər verir ki, bu sözləri SOS uşaq kəndində Səbuhi Əhmədovun təlim-tərbiyəçisi olan Məlahət Qazıyeva deyib.

M.Qazıyevanın sözlərinə görə, Səbuhi və qardaşına 2-ci sinifdə oxuyandan o baxıb:

“Çox sakit, tərbiyəli uşaq idi. Sözümdən çıxmazdı. Bizim uşaqlar həmişə bir-biri ilə doğma bacı-qardaş kimi olublar. Eşidəndə ki, Səbuhi şəhid olub, hamısı bir olub gəldilər. Mənim üçün danışmaq çox ağırdır, bağışlayın. Səbuhinin yazdığı məktublar hələ də qalır, onları qoruyub saxlayacam”. /oxu.az

Şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi: “İnana bilmirəm ki, balam daha yanımızda yoxdur” — FOTO
Şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi: “İnana bilmirəm ki, balam daha yanımızda yoxdur” — FOTO

D
demokrat.az