Gündəm

Çavuşoğlu: "Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq"

Çavuşoğlu: Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq", - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.

Demokrat.az

D
demokrat.az