"Beynəlxalq hüquq ərazi bütünlüyünü pozan, insanların təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdə dövlətlərin özünümüdafiə hüququnu tanıyır.
Özünümüdafiə hüququ sərhədlərdən kənarda olsa da yaxın təhlükə yaradırsa, dövlət öz insanlarının və ərazisinin təhlükəsizliyi üçün zəruri özünümüdafiə tədbirləri görə bilər.
Yaxın tariximizdə bu hüququ ən geniş şəkildə ABŞ istifadə edib."
Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas, media hüququ üzrə ekspertƏləsgər Əhmədoğlu bildirib.
O,sosial media paylaşımında qeyd edib:
"11 sentyabrdan sonra ABŞ-ın ərazisinin və əhalisinin təhlükəsizliyini əsas tutub, təhdid hesab etdiyi Əl-Qaidəni zərərsizləşdirmək üçün İraqı və Əfqanıstanı işğal edib. Müxtəlif mənbələrin məlumatına görə sadəcə İraqda 300 mindən çox insan öldürülüb, yarım milyon insan yaralanıb və QHT-lərin alternativ hesablamalarına görə ölən sivillərin sayı 128 mindən çox olub. İraqda hər cür qadağan olunmuş silahlardan istifadə olunub, kütləvi şəkildə həbs düşərgələrində minlərlə insan işgəncə görüb, öldürülüb. Əfqanıstanda olan itkilər də bundan geri qalmır.
Bütün bunları edən tərəf olan ABŞ-ın əlində əsas silah ölkəsinin və insanını təhlükəsizliyini təhdid edən 11 sentyabr olayı.
11 sentyabr həqiqətən də sivillərə yönələn insanlıq suçu idi. Eyniylə Xocalıdakı sivillərə yönələn insanlıq suçu kimi. 11 sentyabrda toplam həyatını itirən 3 min nəfərədək insan olduğu bildirilib. Amma erməni terrorundan hansı şəraitdə öldürüldüyü, harada gömüldüyü məlum olmayan 4 mindən çox itkin Azərbaycanlı mövcuddur. Ölənlərin sayı isə 11 sentyabrdakından dəfələrlə çoxdur.
12 Sentyabrdakı ölkə ərazisinə və əhalisinə yönəlik yaxın təhdidi 11 sentyabr olayından fərqli görmək mümkün deyil. Hər ikisində yaxın təhdid var və hər ikisində beynəlxalq hüquq yaxın təhdidi önləyici addımlar atmağı zəruri hesab edir.
Nə var ki, Azərbaycanın önləyici addımları ölkənin miqyasına nisbətdə çox kiçikdir və ABŞ-ın etdiklərinin zərrəciyi qədərdir.
ABŞ Səfirliyinin sübh-tezdən açıqlamasında ciddi narahatlıqlarını gördüyümdən, bu yaxın tarixi hadisələri bir daha xatırlatmaq istədim. Hamımız narahatıq. Biz sülh istəyirik, Sülh silahı yerə qoymaqla, qonşunun ərazisindən silahlı birliklərini çəkməklə, qonşunun legitim ərazisinin çərçivələrini qəbul etməklə mümkündür. Sülh istəyən hər kəs, gərək buna çağırış etsin!"
Leyla Demokrat.az


