Gündəm Özəl

Deputat: “Ermənistanın təxribatçılıq siyasəti sülh müqaviləsinin pozulmasına hesablanıb”

Deputat: “Ermənistanın təxribatçılıq siyasəti sülh müqaviləsinin pozulmasına hesablanıb”

“Ermənistan silahlı birləşmələrinin son günlərdə sərhədlərimizdə törətdikləri təxribatlar - ərazilərimizə hücumlar, əsgərlərimizin şəhid olması, atəşkəsin müntəzəm olaraq pozulması 10 noyabr və 9 yanvar tarixlərində Azərbaycan-Rusiya-Ermənistan dövlət başçılarının imzaladıqları bəyanatların, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşlərin ruhuna ziddir və beynəlxalq hüquq normalarının ciddi qaydada pozulmasıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

“Sülh müqaviləsinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə, Şərqi Zəngəzur dəhlizinin açılmasına səylər göstəlildiyi bir vaxta belə təxribatların törədilməsi və insan tələfatı ilə nəticələnməsi Ermənistanın öz təcavüzkar əməllərindən əl çəkmədiyi, müharibəyə və münaqişəyə önəm verdiyini göstərir. Bu yol Azərbaycandan çox Ermənistan üçün təhlükəlidir. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, şanlı ordumuz, xalqımız 44 günlük müharibədə öz sözünü dedi, nəyə qadir olduğumuzu dünyaya göstərdik. Ermənistanın hərbi-siyasi hakimiyyəti qarşımızda baş əydi, yalvardı. Təcavüzkar ordu məhv edildi, erməni əsgər və zabitləri diz çökdülər. Belə olan halda Ermənistan İqtisadi - siyasi böhran içərisində olduğu, qarşıdurmalar səngimədiyi, hərc-mərcliyin baş alıb getdiyi bir vaxtda Ermənistanın yenidən müharibəyə əl atması, sərhədlərimizdə təxribatlar törətməsi onun məhvinə səbəb olacaqdır. Çünki Azərbaycan ordusu qüdrətlidir, əsgər və zabitlərimiz cəsarətlidir, vətənpərvərdirlər. Xalqımız yekdildir, birdir. Hər birimizə yaxşı məlumdur ki, Ermənistan tərəfindən törədilən bu təxribatlar ilk növbədə sülh müqaviləsinin pozulmasına vaxtın uzadılmasına hesablanmışdır. Təxribatlar zamanı kütləvi tələfat verən Ermənistan anlamalıdır ki, müharibə onlar üçün ölüm, sülh isə yaşamaq şansıdır. Erməni xalqı yaşamaq istəyirsə sülhə gəlməli, təcavüzkarlığa son qoymalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az