12 sentyabr 2022 -ci il gecədən cəbhədə başlayan ciddi gərginliyi hamımız müşahidə edirik.
Xarici mətbuatın məlumatına əsasən Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.Paşinyan söhbət zamanı Blinkeni ölkəsinin Rusiya, KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət etmək haqda qərar qəbul etməsi barədə məlumatlandırıb. Bəs KTMT Ermənistana hər hansısa bir dəstək göstərsə Azərbaycanın Türkiyə ilə Şuşa bəyannaməsi işə düşə bilərmi?
Bu sual ətrafındahərbi ekspert Alp Arslan İmamquluVisiontv.azsaytına açıqlama verib.
"Birinci onu deyim ki, KTMT - nin iştirakı gözlənilmir. Çünki Azərbaycan hansısa bir sərhəddi pozmayıb. Qaldı ki, Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında tam təfərrüatlı təhlükəsizlik müqaviləsidir. Burada əsas məsələ Azərbaycanın və Türkiyənin təhlükəsizliyidir. Bu səbəbdən də əgər KTMT hadisələrə bu şəkildə müdaxilə etmək istəyərsə təbii ki, Şuşa bəyannaməsi keçərlidir. Amma mövcud şəraitdə KTMT bu məsələdə iştirakı heç bir halda gözlənilmir."


