Sosial

Elçin Sadıqov vəkillə təmin olunub — Prokurorluq

Elçin Sadıqov vəkillə təmin olunub — Prokurorluq

Bəzi media və sosial şəbəkə səhifələrində, o cümlədən qafqazinfo.az saytında təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluqdan Demokrat.az-a verilən məlumatda bildirilib.

Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər-Şəhla Hümbətova,Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilmişdir.

D
demokrat.az