Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ - 21010” markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıda gedən “KAMAZ” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə “VAZ” markalı nəqliyyat vasitəsində olan dörd nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.


