“Qarabağda Heydərabad şəhərinin salınması təklifini alqışlayanlardan biri də mənəm”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat vurğulayıb ki, Ulu Öndərin Qarabağla bağlı həyat və fəaliyyəti çox genişdir:
“Əgər belə təklif irəli sürülürsə, belə şəhərin salınması məqsədəuyğun hesab olunursa, onun tərəfdarlarından biri mənəm. Ulu Öndərimizin adına möhtəşəm, müasir gözəl bir şəhərin, yaşayış məntəqəsinin salınması, Ulu Öndərimizin xatirəsini əbədiləşdiriməsi üçün bu mühümdür. İndi hamı şəhərin özünə yaxın bir ərazidə salınmasını istəyir. Mən də istərdim ki, bizə yaxın ərazilərin birində olsun. Ancaq məsələ burasındadır ki, onun harada salınması, görüntüsü ilə, iqlimi ilə, yerləşdiyi coğrafi mövqeyi ilə çox gözəl əhəmiyyətli, mövqedə salınması məqsədəuyğun olardı. Torpağımızın hər qarışı əzizdir. Füzulilər deyir Füzulidə salınsın, xocalılar deyir Xocalıda, ağdamlılar deyir Ağdamda salınsın. Yəni, hərə öz rayonu ərazisində istəyir, çünki Ulu Öndərimizin xatirəsi hamı üçün əzizdir”.
Aynurə Demokrat.az


