Bir neçə gün öncə dünyasını dəyişən Kraliça ll Elizabetin dəfn və yas mərasimi üçün hazırlıqlara başlanılıb.
Türkiyədən sözügedən mərasim üçün 1,5 milyon qərənfil sifariş edildiyi məlum olub.
Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri Demokrat.az-a açıqlamasında bildirib ki, dini baxımdan bu, israfçılıqdır:
“Bilirsiniz ki, onlarda kraliça demək İngiltərənin özü deməkdir və üstünlükləri daha çoxdur. Sadəcə təkcə Türkiyədən deyil, başqa ölkələrdən də sifarişlər verilib. Nə olur-olsun təbii ki, belə bir məsələ israfdır. Tam əksinə, onlar deyə bilərdilər ki, bundan əlaqəli olaraq, biz bunun müqabilində həmin vəsaiti filan yerə köçürdürük, filan yardımı edirik və sadə bir törən mərasimi də keçirə bilərdilər. Təbii ki, bu onların özlərinin daxili məsələləridir. Amma, şəxsən həmişə israfa etirazımı bildirirəm. Çünki Allah da, Quran da bildirir ki, israf etməyin!”.
Aynurə Demokrat.az


