Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.
YaxınlarınınAPA-ya verdiyi xəbərə görə, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.
O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb. KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.


