Gündəm Özəl

“II Yelizavetanın ölümü dünyanın siyasi sistemində nəyi dəyişəcək? — Ərəstun Oruclunun ŞƏRHİ

“II Yelizavetanın ölümü dünyanın siyasi sistemində nəyi dəyişəcək? — Ərəstun Oruclunun ŞƏRHİ

“İngilislərin belə bir deyimi var:“Kral və yaxud kraliça hökm verir, amma idarə etmir. Yəni, məsələ burasındadır ki, Böyük Britaniyanın indiki siyasi modelində monarxın rolu kifayət qədər formaldır. Bu formallıq ondan ibarətdir ki, yeni kabinetin formalaşmasını, yeni baş nazirin təyinatını təsdiqləyir. Bir də qalan simvolik hansısa fəaliyyətləri, funksiyaları həyata keçirir. Ona görə də, düşünmürəm ki, II Yelizavetadan sonra III Çarlzın monarx mövqeyinə gəlməsi Britaniyada nəyisə dəyişəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq əlavə edib ki, müəyyən mənada ictimai rəy dəyişə bilər:

“Çünki, II Yelizaveta artıq neçə illər idi ki, kraliça idi. Britaniya əhalisi hansı ki, öz ənənələrinə, monarx ailəsinə mövcudluğuna, onların taxt-tacda olmasına çox həssas yanaşırdı. Bu mənada o daha nüfuzlu idi. Dediyim kimi, Britaniya cəmiyyəti ona öyrəşmişdi. Ancaq III Çarlz üçün bir qədər çətin olacaq, onun tərcümeyi-halında da problemlər var. Bilirsiniz ki, onun həyat yoldaşı ilə bağlı baş vermiş hadisələr vaxtilə onun özünə də neqativ təsir göstərib. Yəni, ictimai rəydə əlbəttə ki, o, anası qədər nüfuzlu ola bilməyəcək. Amma siyasi qərarlara isə əminəm ki, heç bir təsiri olmayacaq. Britaniya elə stabil xarici siyasətini, eləcə də daxili siyasətini yürüdəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az