“Rusiyanın əsas məqsədi Ukraynada olan türklərin izini silməkdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.
Politoloq vurğulayıb ki, 15-ci əsrdə Ukraynanı ayaqda saxlayan türklər olub:
“İndi bunlar dansalar da, danmasalar da Rusiyanın bütün sənədləri göstərir ki, bunların Rusiya saydıqları Moskavinanın və digərlərinin yazışmaları hamısı türk dilində olub. Nə qədər burada sənədləri yandırsalar da, sovet vaxtında türklərin əleyhinə təbliğat aparsalar da, nə qədər bizi sevməsələr də, bu, yenə də belədir. Ona görə də, onsuz da Rusiya tarixi olmadığına görə aqressivdir. Cəmi 400 il tarixi var, 1613-cü ildən sonra, yəni Pyotrdan sonra tarix formalaşdırıblar. O da 1703-cü ilinə təsadüf edir. Yəni, Ramanovlar hakimiyyətə gəldi, əvvəlcə bir şeylər edə bilmədi. Pyotr hakimiyyətə gələndən sonra bir şeylər oldu. Yəni, son 300 ildə müəyyən mənada Rusiyanı dövlət kimi formalaşdıra bilib, adını dəyişdiriblər. Ona görə də, zatən bunlar aqressivdir, bundan sonra nə aqressivləşəcək ki? Bunların ən yüksək səviyyəsi onlarda şovinizmdir, Rusiya şovinizm bu saat enişə gedir. Hər yüksəlişin bir enişi də var, Rusiya da təbii ki, enişə gedir. Amma, özü ilə bərabər Avropanı da iqtisadi cəhətdən sürükləyir. Əgər Ukraynada müharibə gedirsə, bu müharibədı Rusiya və Ukrayna ilə bərabər, Avropanın da bir çox ölkələri gedir”.
Aynurə Pənahqızı Demokrat.az


