Region Özəl

Ermənistan yeni geosiyasi mövqe seçir? — ŞƏRH

Ermənistan yeni geosiyasi mövqe seçir? — ŞƏRH

“Rusiyanın geosiyasi vəziyyətinin xeyli mürəkkəbləşməsinə, çətinləşməsinə baxmayaraq Ermənistan Rusiya arasında böhranın olması fikri ilə razılaşmıram. Çünki rəsmi Moskvanın Ermənistanın həm köhnə siyasi elitasında, həm də yeni siyasi elitasına xeyli təsir imkanları var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elman Fəttah deyib.

Ermənistan yeni geosiyasi mövqe seçir? — ŞƏRH

Politoloqun sözllərinə görə,Ermənistanın siyasi bürokratiyasına Kremlin təsir imkanları da çox güclüdür:

“Bu baxımdan iki ölkə arasında nəzərəçarpacaq dərəcədə çox ciddi siyasi böhran yaşanmasına ehtimal etmirəm. Ancaq Ermənistanda eyni zamanda diasporun çox böyük təsir imkanları var. Diasporanın Ermənistanın siyasi elitasına, xüsusilə Qarabağ ermənilərinə, “Qarabağ klanı”na təsir imkanları çox güclüdür. Bu baxımdan ABŞ-da yaşayan Ermənistanın xarici diasporasının əsas mərkəzi ABŞ-da yerləşir. Bu baxımdan diaspora ABŞ vasitəsilə Ermənistanla əlaqələri saxlayır, yəni Ermənistanın ABŞ-la əlaqələri heç bir halda Rusiya ilə əlaqələrinə mənfi təsir göstərmir. Bu əlaqələr tənzimlənən əlaqələrdir. O ki qaldı yeni geosiyasətdə ermənilərin seçimlərinə, əslində Ermənistan 2018-ci il inqilabından sonra, yəni Paşinyan hakimiyyətə gəldikdən sonra onsuz da qərbyünümlü siyasi xətti seçiblər”.

Aynurə Pənahqızı

Demokrat.az

D
demokrat.az