Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.
E.Qənizadə sabiq deputat Çingiz Qənizadənin oğludur.


