“Cəmiyyət təhsilin keyfiyyəti ilə bağlı nə qədər sağlam müzakirə aparsa, bu faydalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Ekspert qeyd edib ki, Azərbaycan cəmiyyətində bəzən təəssüf ki, sağlam, bəzən də qeyri-sağlam, hətta qərəzli müzakirələrə rast gəlindiyi müşahidə edilir:
“Amma, bütün hallarda ümid edək ki, bütün bunlar təhsil naminədir və qoy olsun. Məktəbli geyimləri ilə bağlı müzakirələr daha çox tədris ilinin başlanması ərəfəsində müşahidə olunur. Mən əlbəttə ki, bu müzakirələri də faydasız hesab etmirəm. Düşünürəm ki, bunlar da lazımdır və faydalıdır. Əlbəttə ki, təhsilin problemi təkcə məktəbli geyimləri ilə bağlı deyil. Bəlkə də, problemlər içərisində ən az yer verilməli olan məktəbli geyimləridir. Amma, cəmiyyət və insanlar bundan narahatdır. Onların narahatçılıqlarını isə ədalətli sayıram. Düşünürəm ki, məktəbli geyimləri monopoliya olmalı deyil. Məktəbli geyimləri qiyməti şişirdilməli deyil, məktəbli geyimlərinin tələbatdan irəli gələrək işbazlar burada sui-istifadə hallarına yol verməməlidirlər. Nəzərə alsaq ki, bir milyon yarım Azərbaycanda təhsil alan var, yəni orta ümumtəhsil səviyyəsində 1 milyon yarım məktəbli geyimləri var deyək. Bunun tələbat qoyan təbəqə var. Əlbəttə ki, mövzunu təsadüfü mövzu saymıram. Təəssüf edirəm ki, bu kimi hallarda qeyd etdiyim kimi, müəyyən adamlar varlanmaq, daha çox gəlir əldə etmək, həm də bunları insanların cibinə girmək kimi qəbul etmək olar. Belə hallarda təəssüf ki, var”.
İ.Orucov qeyd edib ki, daha çox təhsilin keyfiyyəti ilə bağlı olan məqamlar daha vacib mövzulardır:
“Bugün tədrisin bugünkü vəziyyəti ilə bağlı olan mövzulara daha çox yer verilsə, daha məqsədəuyğun olar. Çatışmamazlıqları təhlil etmək, həlli yolları barədə müzakirə açmaq daha faydalıdır. Ümumi cəmiyyətin məhz təhsilin yanında olması ilə bağlı hansı faydaları əldə etmək olar? Təhsilin keyfiyyətin yaxşılaşdırılmasında cəmiyyətin rolu nədən ibarət ola bilər? Eyni zamanda, təhsil islahatları ilə bağlı cəmiyyətin baxışları nə cürdür? Bunlar əlbəttə müzakirə olunsa, daha faydalı və gərəkli olar”.
Aynurə Pənahqızı Demokrat.az


