Kriminal Özəl

Sumqayıtda əri tərəfindən şiddət görən qadın DİN-ə şikayət etdi — TƏFƏRRÜAT

Sumqayıtda əri tərəfindən şiddət görən qadın DİN-ə şikayət etdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Kazım şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı arvadı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kazım bildirib ki, məlum hadisə baş verən gecə idarə etdiyi avtomaşınla taksi kimi işləyib: “Səhər sübhdən Aytənə zəng etdim, b harada olmasını soruşdum. Aytən uşağı baxçaya apardığınıildirdi. Mən isə nəyə görə baxçaya getdiyini demədiyini Aytənə bildirdim və onun arxasınca baxçaya getdim”.

Təqsirləndirilən şəxs deyib ki, lakin baxçanın yanında Aytəni tapmayıb: “Evə qayıdanda evin qarşısına çatanda Aytən ilə rastlaşdım və birlikdə evə qalxdıq. Aytənin evdən çıxarkən geyindiyi paltar məni qane etmədiyindən ona irad tutdum. Aytən isə mənimlə kobud danışmağa başladı. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı Aytənin qollarından tutaraq sıxdım, əlim ilə burnundan və ağzından vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Aytənin sözlərinə görə, əri tərəfindən döyülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Onun ifadəsinə görə, sonradan əri ilə barışıb, ona qarşı şikayəti yoxdur.

Sumqayıt şəhər Məhkəməsi tərəfindən hökm çıxarılan zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.

Bu səbəbdən Kazımın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az