Hadisə

Lənkəranda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Lənkəranda Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə yanğın olub

Lənkəran şəhərinin Moloja kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilib ki, mərkəzə aid ərazidə 1 hektarsahədə kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

D
demokrat.az