Gündəm

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən çıxarıldı

Məktəbli qızı döydüyü iddia olunan direktor işdən çıxarıldı

Abşeron rayonu Ceyranbatan qəsəbə1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.

Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biriOxu.Az-amüraciətedərəkdirektorunonun qızına işgəncə verməsivə müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı. Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.

D
demokrat.az