Sənaye və energetika Özəl

“İlin sonunda Aİ-92 və dizel yanacağının qiyməti qalxacaq” — Ekspert

“İlin sonunda Aİ-92 və dizel yanacağının qiyməti qalxacaq” — Ekspert

Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” 23 avqust 2022-ci il tarixli Qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının aksiz dərəcələrində dəyişiklik olunub.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Raif Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki,“Aİ-92 markalı avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə dəyişdirildiyindən Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 26 iyul 2022-ci il tarixli Qərarına yenidən baxılması və Nazirlər Kabinetinin Qərarına uyğunlaşdırılması zərurəti yaranıb.

Bu, o deməkdir ilin sonuna kimi Aİ-92 və dizel yanacağının qiyməti qalxacaq. Faiz dərəcəsi isə onu göstərir ki, bu az miqdarda olacaq və əhali bunu tam hiss etməyəcək”.

Aynurə Demokrat.az

D
demokrat.az