Avqustun 31-i axşam saat 23:00-da Ararat Polis İdarəsinə Vedidəki Arakel Simonyan meydanında avtomobildə şübhəli xarici vətəndaşların olması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn qrup qeyd olunan şəxsləri polis bölməsinə aparıb, materiallar ibtidai istintaq orqanına təhvil verilib. İstintaq Komitəsi işin baxılması üçün qəbul edildiyini bildirib.
Bundan əvvəl mətbuatda gecə saatlarında Vedi şəhərində türklərlə bağlı insident baş verdiyi barədə məlumat yayılıb. Yerli hadisə şahidlərinin sözlərinə görə, Ermənistanın Ararat rayonunun Vedi şəhərinə gələn Türkiyə vətəndaşları içki içərək erməniləri təhqir etməyə başlayıblar. Türkiyə vətəndaşının Vedinin mərkəzində Türkiyə bayrağını qaldırmağa cəhd etməsi oraya toplaşan yerli əhalinin qəzəbinə səbəb olub, nəticədə əlbəyaxa dava olub.
Demokrat.az


