Gündəm Özəl

“Bölgədə sülhün yaranmasına əngəl törətməyə çalışırlar” — Oqtay Qasımov

“Bölgədə sülhün yaranmasına əngəl törətməyə çalışırlar” — Oqtay Qasımov

“Dünən Brüsseldə keçirilən görüşdə kifayət qədər gərgin müzakirələr oldu. Önəmli məsələlərdən biri sülh müqaviləsinin hazırlanması ilə bağlı konkret olaraq hər iki ölkə xarici işlər nazirlərinə göstərişin verilməsi idi. Həmçinin, bu istiqamətdə işçi qrupunun yaradılması da vacib elementdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq hesab edir ki, Azərbaycanın öz haqlı mövqeyində təkidi, israrı və sərt mövqeyi sayəsində bu nəticələrə gəlinib:

“Fikrimcə, bundan sonra da eyni tempdə bu davranışlar davam etməlidir. Bilirik ki, Ermənistanı müəyyən qədər dəstəkləyən, prosesi pozmaq istəyən qüvvələr var. Bunlar bizə Azərbaycan bütövlüyünü tam şəkildə bərpa etməyə və bölgədə sülhün yaranmasına əngəl törətməyə çalışırlar. Amma, düşünürəm ki, Azərbaycan dövlətinin iradəsi və aparılan siyasət gec-tez lazım olan nəticələrə gətirib çıxaracaq. Azərbaycan tam şəkildə öz ərazi bütövlüyünü bərpa edəcək və Qarabağ ərazisində olan bütün terrorçu birləşmələri, qanunsuz hərbi silahlı birləşmələri Azərbaycan ərazisindən çıxaracaq”. O.Qasımov sonda qeyd edib ki, Azərbaycan Ordusu tərəfindən Laçının tam şəkildə nəzarətə götürülməsi və yeni yola nəzarətin gücləndirilməsi, ondan xəbər verir ki, Azərbaycan bundan sonra Ermənistandan Qarabağ ərazisinə hansısa Azərbaycan əleyhinə olan qrupların gəlməsinə, ora silah-sursat və digər terrorçuların gəlməsinə imkan verməyəcək.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az