Sosial

Professor: “Hər il bu qorxusuz infeksiyadan 650 minə qədər insan dünyasını dəyişir“

Professor: “Hər il bu qorxusuz infeksiyadan 650 minə qədər insan dünyasını dəyişir“

“Qrip Covid 19-dan dəfələrlə qorxulu və təhlükəli infeksiyadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Professor qeyd edib ki, hər il qorxusuz saydığımız fəsli infeksiya kimi peyda olan qripdən 650 minə qədər insan dünyasını dəyişir:

“ XX əsirdə 4 qrip pandemiyasının təkcə birincisində dünyasını tərk edən insanların ümumi sayı, I və II dünya müharibəsi qurbanlarının ümumi sayından (100 milyon) da xeyli çoxdur. Hazırda Covid 19-la bağlı dünya mediasında söylənilən və yazılanlara fikir bağlılığı yolverilməzdir. Bunun üçün, ilk növbədə, artımın növbələşdiyi ölkələrdə əhali sayı, yoluxma və letallıq indeksi, müqayisəli təhlil edilməli və dəyərləndirilməlidir. Əhali sayına münasibətdə yoluxma və peyvəndləmə nəzərə alınarsa, son iki əmsal, Azərbaycanda yaşayan bizlərin hər biri üçün hazırda sıfır faizdir. Yəni, aktiv, fəal “Covid 19” adlı öldürücü infeksiya bizim vətənimiz olan Azərbaycanda artıq yoxdur”.

Aynurə Demokrat.az

D
demokrat.az