Sosial

Səhiyyə Nazirliyi: “Energetik içkilər mədə xərçənginə səbəb ola bilər“

Səhiyyə Nazirliyi: “Energetik içkilər mədə xərçənginə səbəb ola bilər“

"Uzun müddət energetik içki qəbul edən şəxslərdə mədədə eroziya, xoraların əmələ gəlmə ehtimalı yüksəkdir".

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

O xatırladıb ki, həmin içkilərin tərkibində şəkər qatqıları və kofein miqdarı çox olur: “Elmi araşdırmaların nəticəsi olaraq məlum olub ki, hətta bu içkilər mədə xərçəngi riskini meydana çıxara bilər. Bununla yanaşı, kofeinlə zəngin içkilər ürək çatışmazlığı, həm də qəfil ölümlərə gətirib çıxara bilər”.

D
demokrat.az