Hadisə

Azərbaycanda istirahət mərkəzində partlayış oldu — Yaralılar var/YENİLƏNİB

Azərbaycanda istirahət mərkəzində partlayış oldu — Yaralılar var/YENİLƏNİB

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

***20:17

Abşeronda hoteldə partlayış olub.

Demokrat.az xəbər verir ki, hadisə "Sun Set" hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".

Əlavə məlumat veriləcək.

D
demokrat.az