Sosial Özəl

Deputat: “Cinayəti törədən canilər artıq beynəlxalq məhkəməyə cəlb olunmalıdırlar”

Deputat: “Cinayəti törədən canilər artıq beynəlxalq məhkəməyə cəlb olunmalıdırlar”

Bugünədək Ermənistan üçtərəfli Bəyanatdan sonra Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib. Lakin 3896 nəfərin taleyi barədə Ermənistan hələ də məlumat vermir.

Milli Məclisin deputatı Asim Mollazadə Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Ermənistan minlərlə Azərbaycan vətəndaşını qətlə yetirib. Deputat qeyd edib ki, insan qalıqlarının Azərbaycana təhvil verilməsi bir daha onların cinayətlərini sübut edir:

“Bu insanlar Ermənistan ərazisində cinayətkar rejim tərəfindən öldürülüb. Əlbəttə ki, Ermənistan dövləti Birinci Qarabağ müharibəsində minlərlə soydaşımızı əsir və girov götürdü, onları qətlə yetirdi. İnsan qalıqlarının təhvil verilməsi də, Ermənistanın cinayətini bird aha sübut etmiş olur. Ermənistan hər zaman öz cinayətlərini ört-basdır etmək üçün bütün məlumatları gizlətmişdir. Onlar ağır cinayətlərini daşıyan məlumatları bölüşmürlər. Çox təəssüf ki, illər boyu beynəlxalq təşkilatlar da bu prosesə göz yumub və Ermənistana qarşı hansısa ciddi addımlar atmayıb. Bu gün də bu proses davam edir. Baxmyaraq ki, Azərbaycan Ermənistandan tələb edir ki, öldürülən şəxslər barədə, onların qalıqlarını qaytarılmasını barədə məlumat versinlər. Ancaq hələlik bu istiqamətdə hansısa irəliləyiş yoxdur. Hesab edirəm ki, artıq Ermənistanın cinayətləri açıqlanmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır və cinayəti törədən canilər beynəlxalq məhkəməyə cəlb olunmalıdırlar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az