Siyasət Özəl

Əli Kərimli axırıncı dəfə nə vaxt “Bütöv Azərbaycan“ deyib: Sən demokratiyadan, Qərb dəyərlərindən dəm vur, ancaq İran molları ilə dost ol

Əli Kərimli axırıncı dəfə nə vaxt “Bütöv Azərbaycan“ deyib: Sən demokratiyadan, Qərb dəyərlərindən dəm vur, ancaq İran molları ilə dost ol

Iranda mövcud olan molla rejiminin cənubi Azərbaycanda yaşayan soydaşlarımıza ermənisayaq münasibəti təzə söhbət deyil. Bu barədə mən də dəfələrlə yazmışam. Arada-sırada bu məsələyə Azərbaycan iqtidarı da müdaxilə edib. Hansısa məsələdə İran rəhbərliyi ilə anlaşdıqdan sonra Cənubi Azərbaycan məsələsi yenə gündəmdən çıxıb…

Çox şükür, son vaxtlar bu məsələdə ardıcılıq müşahidə olunur. İqtidara yaxın mətbuat orqanları bu məsələ ilə bağlı fəallıq göstərir. Mənim baxışıma görə, bu, son dərəcə müsbət hadisədir. Biz bütün varlığımızla Cənubi Azərbaycan uğrunda mübarizə aparmalıyıq, güneydəki soydaşlarımıza dəstək verməliyik…

O da maraqlıdır ki, Cənubi Azərbaycan məsələsinə Türkiyə mediasında da ciddi maraq var…

Son dövürlərdə İranda anti-Azərbaycan və anti-Türkiyə çağırışları mütəmadi xarakter alıb. Bu, daha çox Zəngəzur dəhlizi ilə bağlıdır. Sirr deyil ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasını tələb edir. İran isə Ermənistanı Zəngəzur dəhlizinin açılmasından çəkindirmək üçün min oyundan çıxır və bu dəhlizə var gücü ilə müqavimət göstərir…

Azərbaycan və Türkiyə isə Zəngəzur məsələsi ilə bağlı İranın etirazlarına əhəmiyyət vermək fikrində deyil. Ona görə də münasibətlər getdikcə gərginləşir…

SSRİ dağıldıqdan az sonra bəlli oldu ki, İran, daha doğrusu farsların əlində olan molla rejimi Azərbaycana münasibətdə düşmən mövqeydədir. Gizli və açıq şəkildə qüzey Azərbaycan torpaqlarının işğalı üçün ermənilərə dəstək verir.

Elə o vaxtdan da Qüzey Azərbaycan İrana qarşı türkçülük amilinə istinad edən təbliğat aparır. İran isə şiə amilindən dördəlli yapışıb. Eyni zamanda Azərbaycandakı etnik azlıqları öz tərəfinə çəkmək üçün ideoloji savaş aparır…

Başqa sözlə desək, Qüzey Azərbaycan İranı türkçülüyə söykənən milli kimlik davası ilə təhdid edir. İranın fars molla rejimi isə şiə ideologiyasına söykənərək Qüzey Azərbaycanın hücumlarını neytrallaşdırmağa çalışır…

O da bəllidir ki, İran rejimi Qüzey Azərbaycanda xeyli manqurtlaşmış şiə yetişdirib. Onların əli ilə vətənimizdə gedən siyasi proseslərə yön vermək istəyir. Azərbaycanın siyasi pariyaları arasında da İranın təsir dairəsində olanlar var. Xüsusi ilə islam (əslində şiə) partiyaları. Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə bu baxımdan öndə gedir. İranlı ayətullahın əlini öpən Taleh Bağırzadənin AXCP ilə rəsmən müttəfiq olması isə yumuşaq desək, böyük bir biabırçılıqdır. Elçibəy düşüncəsi və qətiyyəti Qüney Azərbaycan türklərinin böyük əksəriyyətini millətçiyə çevirib. Əli Kərimlinin inhisarına keçən AXCP isə Taleh Bağırzadə ilə-dolayısı ilə İranın molla rejimi ilə müttəfiqlik edir. Şübhəsiz ki, bu, vətənə xəyanətdir və AXCP vətənə xəyanət yolu tutub. AXCP fəalları markizmlə şiəliyin əcaib sintezini yartmış İran alimi Əli Şəriətini az qala dünyanın ən böyük filosofu kimi təbliğ edirlər. Xatırladım ki, Əli Şəriəti İran İslam İnqilabının ideya müəlliflərindən biridir. Bu kimi məsələ ilə bağlı açıq və birmənalı danışmaq lazımdır. Elçibəyin yaratdığı AXC bütöv Azərbycan davası aparıb. Əli Kərimli axırıncı dəfə nə vaxt “Bütöv Azərbaycan“ deyib. Xatırlayan varmı? Ümumiyyətlə, axı bu necə ola bilər? Sən demokratiyadan danış, Qərb dəyərlərindən dəm vur, ancaq İran molları ilə dost ol.

Şübhəsz ki, AXCP-nin İrana bağlılığı Qərbə də məlumdur. Və mən soruşuram ki, hansı axmaq Qərb ölkəsi İrana bağlı olan AXCP-yə dəstək verə bilər?...

Niyə Azərbaycanın tanınmış şəxsləri, ziyalıları AXCP-nin İran sevgisi ilə bağlı susurlar? Azərbaycan insanı təkcə iqtidardan qorxmur, müxaliətdən də çəkinir. “Birdən olmadı elə, oldu belə“ düşüncəsi insanlarımızı lal,kor,kara döndərib. Çünki şəxsi maraqlar vətən, millət davasını yaddan çıxarıb…

İranın soydaşalrımıza münasibəti isə birmənalıdır. Bilməyənlər üçün deyim ki, erməni haradasa bizə güzəşt edər, amma fars etməz. Hələ uzaq 1995-ci ildə İranın Xarici İşlər naziri olmuş Əli Əkbər Vilayəti qapalı müzakirələrin birində deyib ki, mən Güney Azərbaycana sərmayə qoyulmasını məsləhət bilmirəm. Çünki əvvəl-axır

Güney Azərbaycan İrandan ayrılacaq…

Hazırda İran adlanan ərazinin son min ildəki hökmdarlarının böyük əksəriyyəti türklər olub. Türkün möhtəşəmliyini dəlalət edən bu kimi faktlar da farsları kiçildir, onlarda natamamlıq kompleksi yaradır…

Yadınızdadırmı, cənab Ərdoğan Bakıda azəri tükcəsində bir bayatı dedi. Bütün İran silkələndi…

Biz Azərbaycan və Türkiyə olaraq Cənubi Azərbaycanda milli hərəkatın daha da vüsət almasına çalışmalıyıq. Bakıda və Ankarada qüzeydən olan qardaşlarımızın siyasi fəaliyyət göstərməsi üçün münbit şərait yaratmaqda da fayda var. Qərb ölkələrində yaşayan cənublu soydaşlarımıza da xüsusi dəstək vermək gərəkir. Mən əminəm ki, türk düşüncəsi farsın monopoliyasına keçən şiə ideologiyasını darmadağın edəcək. Bu, sadəcə, zaman məsələsidir…

Elbəyi Həsənli visiontv.az

D
demokrat.az