Gündəm

Müsavat başqanının müavini Prezidentə təşəkkür etdi

Müsavat başqanının müavini Prezidentə təşəkkür etdi

Müsavat Partiyası başqanının müavini Osman Kazımov Laçının işğaldan azad olunması və Azərbaycan ordusunun şəhərə girməsi ilə bağlı post paylaşıb.

Demokrat.az bildirir ki, başqan müavini bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğuru kimi qiymətləndirib.

O, Prezidentə təşəkkür edərək qələbə münasibətilə təbrik edib.

Azərbaycan ordusu avqustun 26-da Laçın şəhərinə daxil olub.

Bu barədə Prezident İlham Əliyev avqustun 26-da "Twitter” səhifəsində paylaşım edib.

Dövlət başıçısı yazıb: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Osman Kazımov Müsavat Partiyasının başqanı Arif Hacılının müavini olmaqla yanaşı, həm də Partiyanın Divan üzvüdür.

Müsavat başqanının müavini Prezidentə təşəkkür etdi

Leyla Demokrat.az

D
demokrat.az