Sosial

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

BunuAPA-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün "Təbiət 5" dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək.

"Əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyi keçiriləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib" - deyə İnstirut direktoru bildirib.

D
demokrat.az