“Rusiya az qüvvələrlə böyük qələbə qazanmaq istəyir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə deyib. Partiya sədri qeyd edib ki, Rusiya bu qələbəyə nail olacaq:
“Rusiya qısa müharibə aparmır. Ona görə də, Rusiyanın əməliyyatlarında ləngimə müşahidə edilir. Əgər Rusiya qısa müharibə aparsaydı, onda ABŞ sayağı müharibə aparmalı idi. Yəni, bütün hər yeri yerlə-yeksan etməli idi. Rusiya çalışır ki, ukraynalılar az əziyyət çəksinlər”.
A.Əlizadə vurğulayıb ki, Qərb Ukraynanı silahlandırmaqla, müharibəni daha da genişləndirir:
“ABŞ Ukraynada öz məqsədləri naminə müharibə aparır. Onun əsas məqsədi həm Avropanı, həm də Rusiyanı zəiflətməkdir. Onu heç Ukrayna da maraqlandırmır. ABŞ dünyada tək super dövlət olmaq istəyir”.
Aynurə Pənahqızı Demokrat.az


