Gündəm Özəl

Deputat: “İnkişaf etmiş dövlətlər Azərbaycanın sülh və əmin-amanlıq sayəsində apardığı mübarizəyə yüksək qiymət verir”

Deputat: “İnkişaf etmiş dövlətlər Azərbaycanın sülh və əmin-amanlıq sayəsində apardığı mübarizəyə yüksək qiymət verir”

“Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri son illər yüksələn xətt üzrə inkişaf edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin Azərbaycana səfəri və bu səfər zamanı bir çox sənədlərin imzalanması, onun Azərbaycan dövləti və prezidenti barəsində söylədiyi xoş sözlər bunu bir daha təsdiq edir:

“Tokayev Füzuli şəhərinə səfər etdi, həmçinin işğaldan azad olunmuş ərazilərə nəzər saldı. Füzulidə tikiləcək “Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzi”nin təməl mərasimdə iştirak etdi. Eləcə də, o, Cənab İlham Əliyevə Qazaxıstanın Ali Ordeninin təqdim etdi. Bu səfər zamanı 20-dən çox sənəd imzalandı, müttəfiqlik fəaliyyətinin dərinləşməsinə dair birgə bəyannamə təsis edildi. Əlbəttə ki, bu sənədlər hər iki ölkənin dostluq münasibətlərinin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. İmzalanan bu müqavilələr göstərir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlər yüksələn xətlə inkişaf etməklə bərabər, hər iki xalqın və dövlətin mənafeyinə xidmət edir. Cənab Prezident çıxışında qeyd etdi ki, bizi ortaq mövqe və tarixi köklər birləşdirir”.

Deputat qeyd edib ki, Qazaxıstan inkişaf etmiş ölkələrdən biridir: “Qazaxıstan prezidenti bildirdi ki, Azərbaycanla münasibətlərin yaxşılaşdırılması və dərinləşdirilməsi Qazaxıstan üçün çox mühüm əhəmiyyətə malikdir. Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətdir və Azərbaycan prezidentinin yürütdüyü siyasət onun dəsti-xətti, müstəqilliyi uğrunda apardığı mübarizə, torpaqların işğaldan azad olunması Cənab Prezidentin bilavasitə düzgün düşünülmüş siyasətinin nəticəsidir. Qazaxıstanla Azərbaycan münasibətlərinin yaxşılaşması əlbəttə ki, hər iki xalqların firəvanlığı və dövlətlərin inkişafı üçün əhəmiyyətə malik olmaqla, bərabər həm də dünyada bu dövlətlərin bir-birinə dəstək verməsi baxımından faydalıdır. Bu səfər bir daha göstərdi ki, nəinki Qazaxıstan, eləcə də dünyanın bir çox inkişaf etmiş dövlətiləri Azərbaycanın inkişafına, Azərbaycan prezidentinin sülh, əmin-amanlıq, dostluq sayəsində apardığı mübarizəyə yüksək qiymət verir. Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az