Gündəm Özəl

Nəqliyyat eksperti: “Bakı şəhərində mobilliyi təmin etmək üçün buna ehtiyac var”

Nəqliyyat eksperti: “Bakı şəhərində mobilliyi təmin etmək üçün buna ehtiyac var”

Paytaxt Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Sakinlər dərsə, işə gedərkən, yaxud geri qayıdarkən saatlarla yollarda qalırlar. Son illər ölkəmizdə avtomobillərin sayının çoxalması, eyni zamanda bölgələrdən paytaxta axın şəhərdə sıxlığa səbəb olub. Bəs, ölkəmizdə şəhərətrafı elektrik qatarının artırılmasına ehtiyac varmı?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Bakı dairəvi avtomobil yolu var. Ekspert qeyd edib ki, sadəcə kombinə edilmiş bir layihələrin təşkilini düşünmək olar:

“Bizdə ən əsas problemlərdən biri odur ki, şəhərətrafı eletrik qatarının sayı azdır. Bizim mövcud Bakı Dairəvi dəmir yolu isə 93 km-dir. Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıta hazırda 7 şəhərətrafı eletrik qatarı hərəkət edir ki, bu da yetərli deyil. Fikrimcə, qatar sayı artırılmalıdır ki, interval azalsın. Digər məsələ odur ki, stansiyalar da əlçatan olmalıdır. Yəni, stansiyaya vətəndaşların rahat gedib-gəlməsi üçün avtobusların yaxınlıqdakı bütün yaşayış məntəqələrinə stansiya ilə əlaqələndirilməsi olmalıdır. Onlara xırda xərclər çəkməklə əlçatanlığı təmin etmək mümkündür. Xüsusən, burada Sumqayıtda, Xırdalanda, Bakı aqlomeliorasiyada olan böyük şəhərlərdən söhbət gedir. İndiki halda bunu düşünmək olar və bu çox da böyük investisiya tələb etmir. Ancaq yeni dəmir yolunun çəkilməsi öz-özlüyündə böyük investisiya tələb edir. Dediyim kimi, artıq mövcud infrastruktur var, tikilib və fəaliyyət göstərir, sadəcə bunun daha effektiv işləməsi üçün qatar sayı artırılmalıdır”.

Nəqliyyat eksperti: “Bakı şəhərində mobilliyi təmin etmək üçün buna ehtiyac var”

Ekspert qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC artıq yeni qatarlar da sifariş edib:

“Qurum artıq 10 yeni qatar sifariş edib, ancaq o qatarlardan yalnız 3-ü Bakı dairəsinə əlavə olunacaq. Yəni, hazırda 7 qatar var, bununla da, sayı 10 olacaq. Biz tez-tez eşidirik ki, ölkəmizdə yerüstü metro niyə yoxdur? Bu, əslində elə yerüstü metrodur. Yerüstü metro istəyiriksə, infrasturun artıq bir hissəsi var. Bakının təsdiq olunmamış yeni baş planında da, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC özü də elan etmişdir ki, üzü Hövsan istiqamətinə, Binədən aeroportu keçməklə Qala istiqamətinə, Maştağa bağlarına, Buzovna istiqamətinə dəmir yolu planlaşdırılırdı. Mövcud xətlər demontaj olunub və yeni reallığa uyğun, sürətə uyğun qurulması planlaşdırılırdı. Hal-hazırda Şərqi Zəngəzur və Qarabağdakı layihələrə diqqət ayrılıb ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Orada da hardasa 157,5 kilometrlik yol tikilir. Bakı-Bərdə-Ağdamı bu il bitirirlər, gələn il isə Horadiz-Ağbəndi. Ancaq prespektivdə Əhmədbəyli-Füzuli-Şuşa və Gəncə-Kəlbəcər var. Yəni, hazırda daha çox diqqət bu tərəfə ayrılıb. Amma, Bakı aqlomeliorasiyasında yetərincə yaşayış var. Bunların mobilliyinin təşkilində ekoloji cəhətdən təmiz dəmir yolu daha prioritet olmalıdır. Sonda qeyd edim ki, Bakı şəhərində mobilliyi təmin etmək üçün yüngül reysli dəmir yol şəbəkəsinin qurulmasına ehtiyac var. Bu da sıxlığın aradan qaldırılmasına səbəb olar.”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az