Dünya

QİÇS-in yeni, daha yoluxucu növü aşkarlandı

QİÇS-in yeni, daha yoluxucu növü aşkarlandı

QİÇS (SPİD)-in əvvəllər məlum olmayan variantı 14 kişidə aşkarlanıb.

Demokrat.az xəbər verir ki, Kipr universitetinin alimlər Los-Alamoss milli laboratoriyası ilə birgə tədqiqatda 2017-2021-ci illərdə QİÇS analiz nümunələrinin içində 14 nəfərdə yeni variant tapıb.

14 kişi Kipr, Britaniya, Nigeriya vətəndaşları olub.

Ştamın adı CRF91-dir.

"Klasterdə bu variant qeyd edildikdən sonra, daha 2 xəstədə aşkarlanıb. Deməli, variant artıq aktiv dövr edir", -deyə alimlər bildirib.

Mütəxəssislər bildirir k, yeni rekombinə olunmuş ştamın yaranmasına səbəb bir insanın bir neçə varianta yoluxmasıdır (medicina.az). Məsələn, kişi 2-3 fərqli QİÇS ştamı olan xəstə qadınlar 1-2 ay ərzində cinsi əlaqədə olur.

Hər iki ştam onun orqanizminə keçir, nəticədə genetik dəyişiklik gedir.

D
demokrat.az