Gündəm Özəl

Azərbaycanın Laçın vaxtları: nəyi, necə və nə vaxt etməyin zamanı...

Azərbaycanın Laçın vaxtları: nəyi, necə və nə vaxt etməyin zamanı...

Bir vaxtlar kimlərəsə yuxu kimi gələ bilərdi, ümid edə bilərdilər ki, yuxular da gerçəkləşə bilir, amma bu, yuxu deyil, reallıqdır.

Artıq ölkə başçısı, Müzəffər Ali Baş Komandan, nəyi nə vaxt və necə edəcəyini dəqiq və yerində bilən Prezident mötəbər kürsüdən səsləndi: azərbaycanlılar Laçına qayıtdılar.

Azərbaycanın Laçın vaxtları: nəyi, necə və nə vaxt etməyin zamanı...
Laçın Azərbaycandır və qələbə bayrağı Azərbaycanın ən uca zirvələrində dalğalanır.Bu, hər bir vətənpərvər azərbaycanlının sevinci, arzusu, arzusunun gerçəyə çevrilməsidir.

Bir vaxtlar çoxları Prezidentin nəyi, nə vaxt və necə edəcəyinə şübhə ilə yanaşır, Laçınla bağlı müzakirələrdə o torpaqlara bir daha qayıda bilməyəcəyimizi israrla iddia edirdilər, amma indi susublar, danışılacaq, deyiləcək söz, ortaya qoyulacaq arqument qalmayıb.

Bütövlükdə Qarabağın, elə Laçının da qayıtmasının əsas qayəsi məhz Prezidentin nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin həyatiliyi, düzgünlüyü üzərində qurulub. Artıq uzun illərdir ki, Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır.

Ağıllı adamlar, ölkəsini sevən vətənpərvərlər hiss edirdilər ki, o torpaqlara qayıdacağıq. Amma insafən, heç biri Laçına belə tez qayıtmağı gözləmirdilər. Hətta 10 noyabr Bəyannamasində nəzərdə tutulan 5 illik müddət də, alternativ yolun 3 il ərzində çəkilməsi də bəzilərini çaşdırmışdı.

Budur, nəticə ortadadır və biz daha tez, həm də gözləmədiyimiz bir vaxtda Laçına döndük, Azərbaycan öz "Laçın övladı"nı qoynuna aldı. İşğal bitib və Azərbaycanın Laçın vaxtlarıdır...

İndi Laçında Azərbaycan Ordusu dayanıb. Qalib ölkənin müzəffər ordusu Vətəninin keşiyindədir.

Azərbaycanın Laçın vaxtları: nəyi, necə və nə vaxt etməyin zamanı...
Laçının strateji əhəmiyyəti hər kəsə bəllidir. Bir zamanlar Laçın dəhlizinin yaradılmasının ermənilərin işğalçılıq siyasətinin reallaşmasında böyük rolu olmuşdu.

1992-ci ildə Laçının verilməsi, azərbaycanlıların oradan necə çıxması fonunda indi rayon mərkəzinə Azərbaycan əsgərinin girməsi, milli bayrağımızın asılması və Laçının Azərbaycanın nəzarətinə keçməsi tarixi hadisədir və bu tarix qızıl hərflərlə Azərbaycan Ordusunun və onun Müzəffər Ali Baş Komandanının adına yazılır.

Laçın - işğalın sona çatmasının kuliminasiya nöqtəsi idi. Azərbaycan Laçını almaqla işğaldan azad olunmuş ərazilərə özünün nəzarətini tamamladı və sonuncu rayon mərkəzində də nəzarət bərpa olundu...

İlham Əliyevin keçdiyi tarixi dərs...

Bəli, yuxuya çevrilmiş, insanların yalnız xatirələrində və xəyallarında dolaşan işğal faktı bir vaxtlar dünyanın gözü qarşısında baş vermişdi, insanlar yurd-yuvalarından didərgin salınmışdılar. Azərbaycan bütün dünyada təklənmişdi və bu tarixi ədalətsizliyə hamı susurdu.

Azərbaycanın Laçın vaxtları: nəyi, necə və nə vaxt etməyin zamanı...
Amma son illərdə Prezidentin uğurlu xarici siyasəti, Azərbaycanı gələcəyə aparan inkişaf strategiyası, eyni zamanda Ali Baş Komandan kimi qətiyyəti və iradəsi dünyaya bir həqiqəti göstərdi: Azərbaycan işğala susan dünyaya öz varlığını, qüdrətini, ədalətini və gücünü göstərdi...

Öz tarixi və hüquqi suverenliyini bərpa edən Azərbaycan və onun Müzəffər Ali Baş Komandanı dünyaya həm də tarixə düşən dərs keçdi. Bu dərsin adı isə elə belə idi: "Qarabağ Azərbaycandır...".

Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru

D
demokrat.az