Gündəm Özəl

Politoloq: “Azərbaycan Mərkəzi Asiyada önəmli yerə malikdir”

Politoloq: “Azərbaycan Mərkəzi Asiyada önəmli yerə malikdir”

“Qazaxıstan uzunmüddətdir ki, öz neftini alternativ yollarla kənara çıxartmaq istəyirdi. Qazaxıstan uzun illər ölkənin Novorossiysk limanı vasitəsilə öz neftini Qazaxıstandan ixrac etməyi, tək mərkəzli bir iqtisadi kollapsiya yaratmağı düşünürdü”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Politoloq əlavə edib ki, sonuncu olaraq da Rusiya ilə Qazaxıstan arasında məhz bununla bağlı ciddi narazılıq yaranmışdır:

“Ona görə də, Qazaxıstan artıq neftinin bir qismini alternativ marşrutlar üzrə kənara çıxarmaq istəyirdi. Bunun üçün Qazaxıstana ən cəlbedici gələn Bakı-Tbilisi-Ceyhan idi. Belə hesab edirəm ki, avqust aylarının sonunda və sentyabrın ilk ongünlüyündə bununla bağlı real nəticələr olacaq ki, bu da Azərbaycan-Qazaxıstan münasibətlərinin tarixi baxımdan mühüm əhəmiyyətə malikdir.

Politoloq: “Azərbaycan Mərkəzi Asiyada önəmli yerə malikdir”

Çünki bu, iqtisadi sahədə Azərbaycanla Qazaxıstan arasında imzalanmış ən mühüm razılaşmalardan biri olacaq. Bakı-Tbilisi-Ceyhan vasitəsilə Qazaxıstan neftinin bir qismi daşındıqdan sonra mən hesab edirəm ki, 2023-cü illərdə, bundan sonrakı illərdə də Bakı-Subsa vasitəsilə də yenə Qazaxıstan neftinin bir qismi Qazaxıstandan ixrac edilə bilər. Ona görə də, dünən Qazaxıstanla Azərbaycan arasında imzalanmış bəyannamənin çox mühüm əhəmiyyəti var. Həmçinin, digər tərəfdən nəzərə almaq lazımdır ki, Bəyannamə imzalanarkən, qarşı hədəf qoyulub ki, Qazaxıstanla Azərbaycan arasında 2022-ci ildə illik ticarət dövriyyəsi təxminən 500 milyon dollara yaxın olsun. Bu da çox mühüm əhəmiyyətə malikdir”.

“Ümumiyyətlə, təkcə Qazaxıstanın Azərbaycan dövlət şirkətləri deyil, özəl şirkətləri arasında da bu tip əməkdaşlığın prespektivləri müzakirə edildi. Azərbaycan və Qazaxıstan biznesmenləri 11 milyona qədər qarşlılqlı yatırımların mümkünlüyü məsələsində razılığa gəliblər. Hesab edirəm ki, Mərkəzi Asiyanın ən önəmli ölkələrindən biri olan Qazaxıstanla Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi həm ölkəmizin Mərkəzi Asiyada nə qədər önəmli yerə malik olduğunu ortaya qoymuş olur. Eyni zamanda Azərbaycanın təkcə siyasi deyil, eyni zamanda iqtisadi mərkəzlərdən biri halına gəlmiş olduğunu göstərmiş olur”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az