Xəbər verildiyi kimi, Zabuxdan artıq çıxmışermənilərin kəndə girişi qadağan edilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Demokrat.az-a açıqlama verib. Deputat vurğulayıb ki, Azərbaycan tədricən bütün istəklərinə nail olacaq:
"Bütün dünyaya özünün qüdrətli, müstəqil dövlət olduğunu göstərəcək.
Azərbaycan xalqı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü amilində heç kəsə güzəşt gedə bilməz. Bunu da bütün qonşular anlamalıdır və Azərbaycan kimi əməkdaşlıq, tərəfdaşlıq yolu seçməlidir. Azərbaycan bir dövlət kimi tərəfdaşlıq siyasəti həyata keçirir. Bu hamıya, ilk növbədə Ermənistana yeganə xilas yoludur ki, Azərbaycanla normal münasibətlər qursun, ərazi iddialarına son qoysun".
Aynurə Pənahqızı Demokrat.az


