Gündəm Özəl

Deputat: “Hazırda ermənilər böyük çaşqınlıq içindədirlər”

Deputat: “Hazırda ermənilər böyük çaşqınlıq içindədirlər”

"Son günlər, xüsusən də , "Qisas" antiterror əməliyyatından sonra istər Dağlıq Qarabağda yaşayan, istərsə də Ermənistanda yaşayan ermənilər, müxtəlif siyasi qüvvələr sanki hansı fəaliyyət göstərəcəklərini və hansı istiqamətdə addım atacaqlarını bilmirlər. Onlar hazırda şaşırmış, çıxılmaz bir darana dirənmiş insanlara xarakterik olan addımlar atırlar".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Deputat qeyd edib ki, Zabux, Sus, Laçın mərkəzinin boşaldılması və avqustun 25-dən bu ərazilərin Azərbaycan dövlətinin tam nəzarəti altında olması ermənilərdə böyük bir çaşqınlıq yaradıb:

"Teleqram kanallarında yayılmış görüntülərdə də aydın görünür ki, ermənilər Zod yatağında partlayışlar törədirlər.

Ancaq bütün bu addımları atmaqla yanaşı, bu cür görüntünü verməklə yanaşı, həm də bir məsələni xüsusən qeyd edək ki, bütün bunlar son çırpınışlardır. Artıq Ermənistandakı istər radikal, istərsə də erməni milliyyətçiliyi ideyasını beynində daşıyan şəxslər artıq ayılmalı və konstruktiv istiqamətdə addımların atılmasından başqa çıxış yollarının olmadığını dərk etməlidirlər"

Millət vəkilinin sözlərinə görə, onların yeganə çıxış yolu Azərbaycanın qoyduğu şərtlərlə razılaşmaq və bundan sonrakı həyatlarını, yaşayışlarını buna uyğun şəkildə dizayn etməlidirlər:

"İstər Zod yatağında törətdikləri təxribatlar, istər evlərin yandırılması kimi addımlar heç bir nəticə verməyəcək. Azərbaycan haqq sözü deyib və indi də haqq öz yerini alacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur və artıq Qarabağ münaqişəsi bitmişdir. Ermənilər bu reallıqla razılaşmalıdırlar. Bundan sonra bu sərhədlərin delimitasiyası, demarkasiyası və Zəngəzur dəhlizinin normal fəaliyyət göstərməsi istiqamətinsə düşünməlidirlər".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az