İkt

Azərbaycanda da telefonları dinləyən casus proqramı: Baş direktor istefa verdi

Azərbaycanda da telefonları dinləyən casus proqramı: Baş direktor istefa verdi

İsraildə Pegasus adlı casus proqramlar hazırlayan NSO Group-un baş direktoru Şalev Hulionun istefa verdiyi bildirilir.

İsrailin "The Times of Israel" qəzetindəki xəbərdə "NSO Group, şirkətin baş direktoru Şalev Hulionun istefa verdiyini və şirkətin əməliyyat direktoru Yaron Şohatın müvəqqəti olaraq Hulionun yerinə keçəcəyi açıqlanıb.

Xəbərdə adı açıqlanmayan bir şirkət rəsmisinin NSO Qrupun yenidən strukturlaşma prosesinə girdiyini və bu çərçivədə şirkət işçilərinin 13 faizini təşkil edən 100 işçinin işdən çıxarılacağını bildirdiyi də qeyd edilib.

Yanvarın 25-də İsrailin "Walla" xəbər saytında çıxan xəbərdə Huliodan əvvəl şirkətin əvvəlki icraçı direktoru Asher Levinin də istefa verdiyi bildirilib.

İsrailin kibertəhlükəsizlik şirkəti NSO Group tərəfindən hazırlanan Pegasus casus proqramının bütün dünyada istifadəçilərin xəbəri olmadan telefon danışıqlarına qulaq asmaq, səs yazmaq, e-poçtları izləmək və telefonlardan fotoşəkil çəkmək kimi casusluq fəaliyyətləri üçün istifadə edildiyi ortaya çıxıb.

İsrailin “Haaretz” qəzetindəki xəbərdə Azərbaycan, Salvador, Fransa, İngiltərə, Polşa, Macarıstan, Hindistan, Qazaxıstan, Ruanda, Mərakeş, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin və İordaniyada çox sayda insanın Pegasus casus proqramı ilə izlənildiyi bildirilib.

Demokrat.az

D
demokrat.az