Gündəm Özəl

Qafar Çaxmaqlı: “Ermənilər daha çox pul qazanmaq üçün evləri yandırırlar”

Qafar Çaxmaqlı: “Ermənilər daha çox pul qazanmaq üçün evləri yandırırlar”

Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan ermənilər illər əvvəl işğal etdikləri əraziləri tərk edərkən, evləri yandırır və görüntüləri çəkərək sosial şəbəkələrdə yayırlar.Sanki bununla öz şovinistliklərini və vəhşiliklərini nümayiş etdirirlər.

Məsələyə münasibət bildirən Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı Demokrat.az-a açıqlamasında bildirib ki, cığallıq etmək, qeyri-səmimi hərəkətlər ermənilərin xislətidir. Onun sözlərinə görə, ermənilər daha çox pul qazanmaq üçün bu addımlara yol atırlar:

"Ermənistan dövləti Laçın, Zabux, Sus kəndlərindən çıxan ermənilərə kompensasiya verəcəyini öz üzərinə götürüb. Lakin başqa ölkələrdə yaşayan erməni zənginləri evləri yandırdıqları təqdirdə daha çox pul verəcəklərini bildiriblər. Ermənilər daha çox pul almaq üçün də evlərini yandırmağa həvəslidirlər. Bu gün Azərbaycan dövləti və rus sülhməramlıları onların qarşısını almaq üçün tədbirlər görür. Ümumiyyətlə, bütün bu əməllər erməni xasiyyətidir, yəni ermənilərin xarakteridir. Belə hərəkətlər onların mayasında var. Ermənilərin belə provakasiyaları olsa da, mümkün qədər bu yanğınların qarşısı alınacaq. Onların bu hərəkətini biz ictimailləşdirməli və bütün dünyaya göstərməliyik ki, onlar necə bir millətdilər".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az