İşğal zamanı Laçının Sus kəndində məskunlaşan ermənilər kəndi tərk ediblər. Bu barədə "kənd icmasının" rəhbəri, Mxitar Nersisyan erməni mediasına açıqlamasında deyib.O bildirib ki, kənddə yalnız bircə nəfər qalıb, o da yaxın günlərdə kənddən çıxacaq.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki,bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi gücündən irəli gəlir. Deputat vurğulayıb ki, bu gün ermənilər bir sıra faktorlar qarşısında acizdirlər:
"Bu gün ermənilər Cənab Prezidentimizin ortaya qoyduğu siyasi iradə qarşısında özlərini məğlub, aciz hesab edirlər. Həmçinin, 10 noyabr 2020-ci il tarixli 3 dövlət başçısının imzaladığı sənəd də var. Həmin sənəddə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Üçüncü əsas səbəb ondan ibarətdir ki, bunlar köçəri tayfalardır. Bunlar gəlmişdilər, indi də gedirlər. Necə gəlmişdilərsə, çox təəssüf ki, elə də gedirlər. Yəni, yandırıb, dağıdıb, talan edə-edə gəlmişdilər, indi də tərbiyələnməyib elə həmin tərbiyəsizliyi, həmin əxlaqsızlığı, həmin vəhşiliyi, vandalizmi göstərərək, yenidən özlərinki olmayanı dağıdıb, yandırıb, talan edib gedirlər. Onlara elə gəlirdi ki, onlar əbədi gəliblər Azərbaycan torpaqlarında məskunlaşmağa, ancaq niyyətləri baş tutmadı. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycanın dövlət başçısı, Azərbaycan Ordusu haqq sözünü dedi və torpaqlarımız da tədricən bu yaramazlardan, işğalçılardan təmizlənir".
Millət vəkili əlavə edib ki, bu gün təkcə Laçın, Sus və Zabuxda yox, hətta müəyyən ərazilərimizdə separatçılar, terrorçular, cinayətkarlar hələ də qalmaqdadırlar:
"Onlar da hamısı tədricən axırıncı nəfərinə qədər torpaqlarımızdan rədd olub gedəcəklər, torpaqlarımızdan təmizlənəcəklər. Buna heç kəsin şübhəsi olmasın. Bu gün dövlətimiz və ordumuz düşmənə layiqli yerini göstərir. Bütün bu proseslər onu deməyə əsas verir ki, Azərbaycan artıq regionda söz sahibidir".
Aynurə Pənahqızı Demokrat.az


